Bu gece yuxumda seni görmüşem,
Gördüm baharına qar elenibdir.
Üreyinden axan qanı görmüşem,
Gördüm xeyalın da güllelenibdir...
Meni xatırladın alayarımçıq,
Qol açıb bağrına basmaq istedin.
Seni unudana sen yazıq-yazıq,
'Oğul, bu vaxtacan hardasan? ' dedin.
Qelbimi üşütdü titrek nefesin,
Varlığım qara bir derde büründü.
Bir zaman ruhuma can veren sesin,
İndi qulağımda mateme döndü...
Davamı...
Zəngilan Birinci Qarabağ müharibəsində 188 şəhid verib, bu günədək rayonun 44 sakini itkin düşmüş sayılır
Bu gün Zəngilanın işğalından 14 il keçir. Əlverişli coğrafi mövqeyə malik Zəngilan Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşir və mühüm strateji əhəmiyyətə malikdir. Ərazisi 700 kvadrat km-dən, əhalisi isə 35 mindən çox olub. Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı üzümçülük, tütünçülük və heyvandarlıq təşkil edib. İşğaldan sonra Bakı-Mincivan-Qafan dəmiryolu xəttinin keçdiyi Mincivan stansiyası tamamilə dağılıb.
1993-cü il oktyabrın 29-da Zəngilan rayonu işğal edildi və bu Azərbaycanın işğal edilən sonuncu rayon oldu. Qeyd edək ki, işğal olunmazdan əvvəl bir şəhər, bir qəsəbə və 83 kənddən ibarət olan Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, bir texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub müəssisəsi və 22 kinoqurğu var idi
Davamı...

Əziz ata, salam!
Necəsən? Nə var, nə yox?
Məndə hər şey həmişəki kimidir. Amma çox soyuqdur. Qış gəlib. Tezliklə qar yağacaq, soyuq daha da şiddətlənəcək. Tək olanda – soyuğu bərk hiss edirəm!
Ayrılığımızın 13 ili tamam oldu. Mən sənə çox yazırdım. Sənsiz keçən həyatımı başa salırdım.Amma sən mənim məktublarımı almamısan. Bəlkə almısan, amma heç oxumamısan. Kim bilir, bəlkə məsləhət belə imiş. Ancaq, bilirəm ki, oxusaydın vicdan əzabi çəkərdin, narahat olardın. Men sənin oğlunam ve her şeyi başa düşürəm sənin üçün ağır olardı və yəqin ki, xoşuna gəlməzdi. Ona gorə də çox vaxt susuram ve özümü ele aparıram ki, guya mən hər şeyə dözə bilirəm. Həqiqətən hər şey normaldır. Artıq –normaldır. Sən məni satandan sonra, mən onların dilində danişmağı öyrənmişəm. Indi mən təkcə onların dilində danışıram. İlk zamanlar çətin idi. Mənə deyirdilər ki, ana dilimizi unuda bilmərəm, çünki genetik əsası var dilimizin. Ancaq sən o dili amansız məhv edirdin, dağıdırdın.
Ata, sən istəyirdin ki, mən çoxlu dillərdə danışa bilim. Bu həqiqətdir. Bunu mən unutmaram. Sən o biri uşaqlarını da məcbur edirdin ki, kələ-kötür də olsa, muxtəlif dillərdə danışsınlar. Qonaqların xətirinə dəymək istəmirdin. Mən təəccüblənirdim. Öz - özümə deyirdim ki, axı niyə qorxmalısan, qonaqlar yox? Niyə onlar ev yiyəsinin dilində danışmağı öyrənmirdilər? Eh…Bizdə həmişə her şey tərsinə olurdu! Mən isə hamıdan ibrət dərsi götürürdüm…Çalışırdım hamı ilə onların dilində danışım. Deyirdim ki, qoy inciməsinlər. Qoy deməsinlər ki, lovğalanıram.
Davamı...